00:00:00
Yazar
Admin User
21.10.2025 18:30 146 2 dəq oxuma
Dünya

Hindistan Rusiya neftindən Asiya neftinə keçir

Hindistan Rusiya neftindən Asiya neftinə keçir

Hindistan Rusiya neftindən asılılığı azaltmaq məqsədilə enerji siyasətində yeni mərhələyə qədəm qoyub. Ölkə artıq Asiya, Şimali Afrika və Yaxın Şərq regionlarında yerləşən alternativ mənbələrdən neft tədarükünə yönəlir. Bu qərar həm iqtisadi şaxələndirmə, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Asif İbrahimov bildirib ki,Hindistan artıq digər ölkələrdən, özünə yaxın ərazilərdə yerləşən, yaxın olan ölkələrdən , Ərəb Əmirliklərindən, müəyyən logistika və müəyyən tarixlərdə asanlıqla Latın Amerikası ölkələrindən, eləcə də Asiyada yerləşən ölkələrdən, Şimali Afrika ölkələrindən neft tədarükünü həyata keçirməyə yönəlik addımlar atır:

 

 

 "Bunun da milli strategiya kimi götürülməsi təsadüfi deyil. Bu, həm iqtisadi qərar deyil, eyni zamanda strateji bir qərardır. Ümumiyyətlə, Hindistan dünyanın ən böyük neft tədarükçüsü ölkələrindən biridir. Dünyada təqribən 3-cü neft tədarükçüsüdür. Belə olduğu halda, Hindistanın enerji təhlükəsizliyinin Rusiyadan asılı olması, özündə müəyyən təhdidlər yaradır. Ona görə də strateji dayanıqlığın artırılması istiqamətində əlavə bazarlara, alternativ regionlara, alternativ satıcılara müraciət edir. Birbaşa olaraq Rusiya neftinə tətbiq olunan sanksiyalar sığorta və əməliyyat xərclərini artırır. Logistika sahəsində yaranan müəyyən xərclərin artması və çətinliklərin yaranması bu istiqamətdə problemlərə səbəb olur. Bu da ölkənin enerji dayanıqlığı üçün risklər yaradır. Təbii olaraq, Hindistan Rusiyadan asılılığını azaltmaq və enerji təhlükəsizliyinin şaxələndirilməsi istiqamətində addımlar atır".

 

Həmçinin iqtisadçı bildirib ki,alternativ regionlara yönəlmə bir sıra tədarükçülərin Hindistan və Asiya bazarına daxil olmasını təmin edəcək:

 

"Əvvəllər Rusiyanın monopoliyasında olan ölkələr bir başa olaraq yalnız tədarükü Rusiya üzərindən həyata keçirirdi, amma artıq digər tədarükçülər də həmin bazarlara daxil olacaq. Rusiyanın neftindən imtina etməsi və yaxud sifarişlərinin azalması qiymətlərə də təsir edəcək. Digər bir tədarükçü olan Çin isə Rusiya neft məhsulları əldə etməyə yönələcək. Bu, Azərbaycan üçün nə fayda verə bilər?

 

Azərbaycanın karbohidrogen ehtiyat bazasının neft məhsullarının əlavə bazarlara, daha böyük istehlakçılara çıxması, Aralıq dənizi neft və neft məhsullarının ötürülməsini göstərir. Hindistanın Qara Dənizə rahat çıxışı olduğu üçün Azərbaycan da alternativ variantlardan biri ola bilər. Yəni bu istiqamətdə Azərbaycan üçün yeni imkanlar yaranır".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər