Hindistanda döyüş təyyarəsi qəzaya uğrayıb
Hindistanda döyüş təyyarəsinin yaşayış məntəqəsinə düşməsi nəticəsində iki mülki şəxs həlak olub.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, “MiQ-21” tipli döyüş təyyarəsi ölkənin qərbindəki Racastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşüb.
Qəzada 2 mülki vətəndaş həyatını itirib, 1 mülki şəxs yaralanıb.
Bildirilib ki, təyyarə adi uçuş zamanı qəzaya uğrayıb və pilot yüngül xəsarət alıb.
