00:00:00
Yazar
Admin User
17.04.2023 07:50 293 1 dəq oxuma
Dünya

Hindistanda mükafatlandırma tədbirində 11 nəfər istidən həyatını itirib

Hindistanda mükafatlandırma tədbirində 11 nəfər istidən həyatını itirib

Hindistanda açıq havada keçirilən və on minlərlə insanın qatıldığı mükafatlandırma tədbirində anormal istilərdən ölüm halları qeydə alınıb.

 

İnformator.az ntv-yə istinadən xəbər verir ki, havanın 38 dərəcə isti olduğu halda günorta saatlarında keçirilən tədbirdə onlarla insanın halı pisləşib. Nəticədə halı pisləşən və xəstəxanaya aparılan 11 nəfər dünyasını dəyişib.

 

Hadisə fotolarında minlərlə insanın birbaşa günəş şüalarına məruz qaldığı, heç bir qorunma tədbiri alınmadığı görünür.

 

Maharaştra əyalətinin baş naziri Eknath Shinde hadisəni "gözlənilməz və üzücü" adlandırıb, ölənlərin ailələrinin hər birinə 500.000 rupi (təxminən 10 min AZN) təzminat ödənəcəyini açıqlayıb. Baş nazir deyib ki, hökumət insident zamanı zərər görənlərə ödənişsiz xidmət göstərəcək.

 

Qeyd edək ki, bu il Hindistanda 1901-ci ildən bəri ən isti fevral ayı qeydə alınıb. Mart-may ayları arasında ölkədə istilik dalğalarının artmaqda davam etdiyi müşahidə olunur.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər