00:00:00
Yazar
Admin User
08.05.2023 05:00 265 1 dəq oxuma
Dünya

Hindistanda turist dolu qayıq aşdı - Ölənlər var

Hindistanda turist dolu qayıq aşdı - Ölənlər var

Hindistanın Kerala əyalətinin Malappuram şəhərində içərisində təxminən 40 nəfərin olduğu qayıq aşıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, qəzada boğulanların sayının 16-dan 22-yə qədər yüksəldiyi bildirilib. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyi haqqında məlumat verib.

 

Polis qəzadan sonra qaçaraq uzaqlaşan qayığın sahibini axtardıqlarını qeyd ediblər. Bölgədə axtarış-xilasetmə işləri hələ də davam edir.

 

Hindistanın baş naziri Narendra Modi həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb. Yerli sakinlər qayıq turunun ötən ay başladığını və heç bir təhlükəsizlik tədbirinin həyata keçirilmədiyini bildiriblər.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər