00:00:00
Yazar
Admin User
05.12.2025 12:18 96 1 dəq oxuma
Siyasət

Hindistanlı jurnalistdən Putinə çətin sual

Hindistanlı jurnalistdən Putinə çətin sual

 

India Today telekanalına müsahibə zamanı, artıq Vladimir Putinin Hindistana səfərindən sonra yayımlanan reportajda jurnalist Qita Moxan Rusiya prezidentinə rusdilli ukraynalıların mövqeyi barədə sual ünvanlayıb.

 

Jurnalist bildirib ki, Donetsk, Luqansk və Xersonda müsahibə aldığı, rus dilində danışan və Rusiyaya rəğbət bəsləyən bir çox sakin hərbi əməliyyatların başlaması və evlərini itirmələri səbəbilə ciddi sarsıntı keçirib. Onların bir qismi müharibənin ilk günlərində “Putin bunu bizə niyə edir?” sualını verərək baş verənləri anlamadıqlarını deyiblər.

 

Putin sualı əvvəlcə “tam anlamadığını” desə də, cavabında bildirib ki, həmin insanlar yəqin ki, Kiyevin nəzarət etdiyi və “Kiyev rejimi tərəfindən məhv olunan” ərazilərdə yaşayırdılar. Onun sözlərinə görə, Moskva Kiyevdən asılı olmayan bölgələri “dəstəkləməyə məcbur qalıb” və yerli sakinlərə “referendumda fikirlərini bildirmək imkanı yaradıb.”

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər