HƏMAS atəşkəsə əməl etməkdə qətiyyətlidir
Qəzza zolağının yenidən qurulmasında müsəlman xalqların aparıcı rol oynaması vacibdir, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, bu addım Türkiyənin regionda, xüsusən Yaxın Şərq və Qəzza məsələlərində artan nüfuzuna xidmət edir:
"HƏMAS atəşkəsə əməl edəcəyini, hətta ağır silahları təhvil verəcəyini elan edib. Regionda HƏMAS bildirir ki, onlara düşən atəşkəslə bağlı öhdəlikləri yerinə yetirməyə hazırdır. Prezident Ərdoğan bunu qeyd edir: bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın siyasi bürosunun rəhbərləri ilə görüşüb və onlardan tam təminat aldıqdan sonra Türkiyə prezidenti bu bəyanatı verdi.Bu addım Türkiyənin regionda, xüsusən Yaxın Şərq və Qəzza məsələlərində artan nüfuzuna xidmət edir. Ərdoğan həmçinin vurğulayıb ki, İsrail atəşkəs şərtlərinə əməl etməmək üçün müxtəlif vasitələrdən istifadə edir və Qəzzaya gedən humanitar yardımlara mane olmağa çalışır. Onun fikrincə, İsrailin baş naziri Netanyahu atəşkəs rejimini HƏMAS-ı günahlandırmaqla pozmağa cəhd edir.Ərdoğan həm Türkiyəni, həm də ABŞ və digər ölkələri xəbərdar edib ki, HƏMAS-a qarşı addım atılacağı halda bunun nəticələri ola bilər. Eyni zamanda o bildirib ki, İsrail də atəşkəs rejiminə riayət etmək məsuliyyətini daşıyır".
Qəmər Kazımzadə
