00:00:00
Yazar
Admin User
17.10.2025 17:43 118 2 dəq oxuma
Dünya

HƏMAS Cəmiyyətə Dəstək Komitəsinin yaradılmasına çağırış edib

HƏMAS Cəmiyyətə Dəstək Komitəsinin yaradılmasına çağırış edib

HƏMAS Qəzza zolağının idarə olunması üçün Cəmiyyətə Dəstək Komitəsinin yaradılmasının dərhal tamamlanmasına və atəşkəsdən sonrakı razılaşmalar çərçivəsində İsrail ordusunun razılaşdırılmış ərazilərdən tam şəkildə çəkilməsinə çağırış edib. 

 

HƏMAS tərəfindən yayılan yazılı bəyanatda məsələyə dair məlumat verilib.

 

HƏMAS Qəzzaya qarşı aparılan aqressiv müharibənin sona çatması ilə nəticələnən atəşkəs səylərinə görə, başda Misir, Qətər və Türkiyə olmaqla vasitəçi ölkələrə dərin minnətdarlığını ifadə edib.

 

Bəyanatda qeyd olunub ki, son iki il ərzində bu qardaş ölkələr təcavüzü dayandırmaq məqsədilə görüşlər keçirməklə, baxışları yaxınlaşdırmaqla və maneələri aradan qaldırmaqla göstərdikləri səmimi səylər nəticəsində dəhşətli müharibənin sona çatmasına nail olublar.

 

Açıqlamada bildirilib ki, Qəzza zolağının idarəsini öz üzərinə götürəcək, milli səviyyədə razılaşdırılmış müstəqil şəxslərdən ibarət Cəmiyyətə Dəstək Komitəsinin yaradılmasının dərhal tamamlanması və İsrail qüvvələrinin razılaşdırılmış ərazilərdən tam şəkildə çəkilməsi zəruridir.

 

Həmas bəyanatında həmçinin vurğulayıb ki, Misir, Qətər və Türkiyə son iki ildə müharibəni dayandıracaq razılaşmanın əldə olunması istiqamətində göstərdikləri səylərlə təqdirəlayiq fəaliyyət nümayiş etdiriblər. Bu ölkələrin razılaşma təsdiqlənənə qədər danışıqlara ev sahibliyi etmək və maneələri aradan qaldırmaq kimi mühüm rol oynadıqları qeyd olunub.

 

Bəyanatda Ərəb və İslam ölkələri, eləcə də Əlcəzair və Cənubi Afrika Respublikası beynəlxalq platformalarda Fələstin məsələsinə göstərdikləri dəstəyə görə təşəkkür edilib. Həmçinin Rusiya, Çin və Kolumbiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Beynəlxalq Ədalət Məhkəməsindəki siyasi və hüquqi mövqelərinə görə minnətdarlıqla xatırlanıb.

 

Sonda, İsrailin törətdiyi cinayətləri ifşa edən və Fələstin xalqının yaşadığı əzabları ictimaiyyətə çatdıran media qurumlarına da təşəkkür bildirilib. Bəyanatda vurğulanıb ki, media təzyiqlərə baxmayaraq həqiqətin yanında dayanıb, təzyiq və terror ritorikasını qəbul etməyib.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər