Həmas ilk ölü girovları təhvil verərkən İsrailin "ürəkləri parçalanır"
Ötən ay atəşkəs başlayandan bəri HƏMAS qruplaşması ilk dəfədir ki, əsirləri ölü şəkildə geri qaytarır və İsrail məhkəmə-tibbi ekspertizadan sonra onların şəxsiyyətini təsdiqləyəcəyini deyir.
Qırmızı Xaç rəsmisi tabutlar Qırmızı Xaç avtomobilləri ilə aparılmazdan əvvəl silahlı Həmas döyüşçüləri ilə birlikdə masa arxasında sənədləri imzalayırdı.
Daha sonra onlar Qəzzada İsrail qüvvələrinə təhvil verilib və İsrailə gətirilib.
Hücum nəticəsində 1200-ə yaxın insan həlak olub, 251 nəfər isə girov kimi Qəzzaya geri aparılıb.
Hər iki tərəf atəşkəsin ilk altı həftəsinin sonuna kimi 33 girovu 1900-ə yaxın məhbusla dəyişmək barədə razılığa gəlib.
İndiyədək 28 girov və 1000-dən çox məhbus dəyişdirilib.
Oktyabrın 7-də girov götürülən 66 nəfər hələ də Qəzzada saxlanılır. On ildən çox əvvəl götürülən daha üç girov da saxlanılır. Hələ də Qəzzada olan girovların təxminən yarısının sağ olduğuna inanılır.
Mənbə: BBC News
Nərmin Həşimova