00:00:00
Yazar
Admin User
21.10.2025 17:12 93 2 dəq oxuma
Dünya

HƏMAS komandiri öldürülüb

HƏMAS komandiri öldürülüb

İzzəddin əl-Qəssam Briqadasının komandirlərindən biri Qəzzada məhv edilib.

 

“İzzəddin əl-Qəssam Briqadasının “Ən-Nuhba” bölüyünün komandiri Yəhya əl-Məbhuh öldürülüb İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində öldürülüb”, - məlumatda qeyd olunub.

 

Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki,əslində, bu cür addımlar gözlənilən idi:

 

“Belə ki, Qəzzada sülh prosesinə kifayət qədər yardım göstərilməməsi dünya ictimaiyyətinə məlumdur. Faktiki olaraq bölgədə hələ də təmas xətti mövcuddur. İsrail ordusu ilə Həmas arasında, hər nə qədər İsrail müəyyən mövqelərdən geri çəkilsə də, qarşıdurma davam edir.Bu vəziyyətdə kimin birinci atəş açdığını müəyyənləşdirmək beynəlxalq ictimaiyyət üçün çətindir. Həmas tərəfi bildirir ki, onların artıq atəş açacaq qədər hərbi gücü yoxdur. İsrail isə Həmas rəhbərlərinə qarşı əməliyyatlar həyata keçirir və bunu “cavab zərbəsi” kimi təqdim edir.Faktiki olaraq bölgədə vəziyyət ağır olaraq qalır. İsrail ordusu dəfələrlə beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb və əməliyyatlarını davam etdirir.Bu isə sivil əhalinin həyatına birbaşa təsir göstərir.Məsələn, Qəzzaya geri dönməyə icazə verilən sakinlər artıq xarabalığa çevrilmiş evlərinə qayıdıblar. Lakin onlara yenidən həmin ərazini tərk etmək barədə xəbərdarlıq edilir.Bu da əhali arasında çaşqınlıq və qorxu yaradır.Bu kontekstdə Trampın səsləndirdiyi sülhməramlı qüvvələrin yerləşdirilməsi fikri diqqət çəkir. Onun təklifinə görə, bölgəyə Pakistan, İndoneziya, Misir və hətta Azərbaycan hərbçilərindən ibarət beynəlxalq kontingent göndərilə bilər. Əks halda,Qəzzadakı vəziyyət çox kövrək qalacaq və münaqişə yenidən alovlana bilər.Aydın məsələdir ki, münaqişənin bu şəkildə davam etməsi nə İsrail, nə də digər tərəflər üçün sərfəlidir. Sülhün bərpası üçün ya sülhməramlı qüvvələr yerləşdirilməli, ya da tərəflər konkret prinsiplər əsasında ordularını təmas xəttindən çıxarmalıdırlar. Əks halda, bölgədə sülhün yaxın vaxtlarda bərpa olunacağı gözlənilmir.Digər tərəfdən, BMT-nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.Təhlükəsizlik Şurasının bir çox qərarları ya icra edilmir, ya da böyük dövlətlər tərəfindən görməzlikdən gəlinir.Nəticədə, zəif dövlətlər bu güclü dövlətlərin diktə etdiyi siyasətə tabe olmağa məcbur qalır və öz müstəqil qərarvermə imkanlarını itirirlər”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər