00:00:00
Yazar
Admin User
10.11.2025 15:33 103 2 dəq oxuma
Dünya

Həmas qüvvələrini Qəzzadan çıxarmağa hazır olduğunu bildirib

Həmas qüvvələrini Qəzzadan çıxarmağa hazır olduğunu bildirib

Həmas hərəkatı Qəzzada İsrailin nəzarətində olan ərazilərdən döyüşçülərini çıxarmağa hazır olduğunu açıqlayıb. Bu barədə hərəkatın nümayəndəsi İsmayıl Radvan “Al Jazeera”ya bildirib.

 

Radvan deyib ki, vasitəçilərə “sarı zona”dan qüvvələrin çıxarılacağı barədə məlumat verilib. Qərar bölgədə gərginliyin azaldılması və atəşkəsə nail olunması istiqamətində atılmış addım kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki,nəzərə alsaq ki, Qəzza bölgəsi çox kiçik bir ərazidir  baxmayaraq ki, bu ərazidə 2-2,5 milyona yaxın qəzzalı fələstinli yaşayır. Burada sarı, qırmızı və yaşıl zonalara bölünmə və Həmasın İsrail Silahlı Qüvvələrinin nəzarətində olan bəzi ərazilərdən geri çəkilməsi, bu hərəkatın silahı yerə qoyması və ya Qəzzanı tamamilə tərk etməsi anlamına gəlmir:

 

"Doğrudur, bu addım Həmas tərəfindən müəyyən mənada “sakitləşmə”, “atəşkəsə hazırlıq” və ya bir tövbə jesti kimi qiymətləndirilə bilər. Amma açığı, sarı zonanın Qəzzanın hansı hissələrini əhatə etdiyi və bu ərazinin Qəzzanın ümumi ərazisinin neçə faizinə bərabər olduğu barədə geniş və dəqiq məlumat yoxdur.

 

Mən hesab edirəm ki, bu addım nə sülh quruculuğu, nə atəşkəsin əldə olunması, nə də İsrailin danışıqlarda bunu müsbət jest kimi qəbul etməsi üçün yetərlidir. Məsələn, Misirdə keçirilən sülh sammitindən və sonrakı günlərdə İsrailin verdiyi açıqlamalardan aydın oldu ki, İsrail Həmasın Qəzzanı tam tərk etməsini tələb edir. İsrailin mövqeyinə görə, Həmas gələcəkdə Qəzzanın idarə olunmasında iştirak etməməlidir və Qəzzanın bərpası prosesinə azı 5-10 illik dövrdə beynəlxalq idarəetmə strukturları nəzarət etməlidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər