00:00:00
Yazar
Admin User
26.05.2025 17:20 122 1 dəq oxuma
Dünya

Həmas Qəzzanın atəşkəs təklifini qəbul edir

Həmas Qəzzanın atəşkəs təklifini qəbul edir

HƏMAS İsrail ordusunun Qəzzanın şimalında məcburi köçkün fələstinlilərin sığındığı Fəhmi əl-Cərcəvi məktəbinə hücumunu pisləyərək, İsrailin dinc əhaliyə qarşı qətliamları yalan və ləngimə bəyanatları ilə ört-basdır etməyə çalışdığını bildirib.

 

HƏMAS İsrailin Qəzza zolağında didərgin düşmüş mülki şəxslərə hücumunu ən sərt şəkildə pisləyib. Açıqlamada Cibaliyyədə Fəhmi əl-Cərcəvi məktəbinə və Əbdurabbu ailəsinə məxsus evə edilən hücumların “işğal qüvvələrinin həyata keçirdiyi yandırma və dağıtma siyasətinin” və Qəzzanı boşaltmaq məqsədinin açıq göstəricisi olduğu vurğulanıb.

 

İsrailin başda qadın və uşaq olmaqla dinc əhalini hədəf alan qətliamlar törətdiyi və bir çox cəsədin tanınmaz hala düşdüyü ifadə edilən açıqlamada, "Bu hücum işğalçı İsrailin soyqırım siyasətinin davam etdiyini və dinc əhalinin sistemli şəkildə hədəf alındığının göstəricisidir “. ifadələrdən istifadə edilib.


TRT Haber
Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər