HƏMAS rəsmisi: İsrail Dohada hərəkatın qərargahına 12 raket atıb
İsrailin Qətərin paytaxtı Dohaya hücumu belə baxanda suveren dövlətin ərazisinə hücum kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnfornator.az"a açıqlamasında bildirib ki, bu hadisə qeyri-hüquq hesab edilir:
"Bununla əlaqədar Avropa İttifaqının dövlətlərinin, ərab dövlətlərinin, hətta İsrailin müttəfiq olan bəzi dövlətlərin fikirləri var. Buda mətbuatdan kifayət qədər geniş əsaslanma verir. Belə ki, bu Doha rəsmilərinin dediyinə görə Qatarın, yəni Dohanın bu vasitəçiliyi bir başa İsrailin və ABŞ-nin təklifi və təkidi ilə olub. Yəni Qətər dövləti vasitəçilik missiyasını yerinə yetirir. Məqsəd də yaxın Şərqdə gərgini azaltmaq, HƏMAS İsrail qarşıdurmasının qarşısını alaraq, müharibəni qarşıdurmanı sona yetirmək, ən əsas da bu, HƏMAS terrorist təşkilatı tərəfindən girov götürülən 48-ə yaxın, bəzən 42 deyilir, bəzən 48 də deyilir. Onlardan 20-si həlak olub, yəni cəsət şəklindədir, 28-i və ya 22-i canlı insandır. Əlbəttə də bu hücum yaxın şərqdə hadisələri gərginləşdirib, belə ki, 14-15-i Qətərin paytaxtı Doha da keçirilən İslam dövlətlərinin samitində, həm İraq dövləti tərəfindən İslam ordusunun yaradılması, həm də İran İslami Respublikasının prezidenti tərəfindəndir. Həm də bu Misirin prezidenti Sisi tərəfindən, İslam bəziləri isə ərəb dövlətlərin ordusunun yaradılmasının NATO-nun təklifini verdi. Əlbəttə də gərginlik artıb və ABŞ nüfuzdan düşüb, belə ki, regionda ABŞ-nin əsas müttəfiqi, hansı ki, hərbi bazasında onlar arasında Qətər var idi".
Həmçinin ekspert vurğulayır ki, nəzərə alsaq ki, bu görüşdən sonra, Səudi-Ərəbistan-Pakistan arasında strateji hərbi müttəfiklik haqqında müqabilə bağlandıb, bu isə o deməkdir ki, ərəb dövlətləri özlərinə daha güclü müttəfik artarırlar:
"Bu hadisə yaxın şərqdə, 2-ci bir dövlətin (Fələstinin) yaradılmasına rəbac verib. Buna misal olaraq, Böyük Britaniyanın baş nazirinin bəyanatını nəzər almaq lazımdır. Bildiyiniz kimi cənab Tramp Böyük Britaniya dövlətinə səfərdədir. Cənab, Böyük Britaniyanın baş nazirinin bəyanatı olub ki, yaxın günlərdə biz Fələstini dövlət kimi tanıyacayıq. Və bu da silsilə şəklində dəvam edəcəkdir. Dünya dövlətləri belə hesab edirlər ki, nə qədər tez Fələstin dövlətini tanısa bir o qədər hadisələr azalar. Belə ki, yaxınlarda BMT-in təskər şurasında 142 dövlət Fələstin dövlətini tanıyan, 10 dövlət əksinə səs verən, 12 dövlətsə bir tərəf qalanlar siyahısındadır".
Gülcan Salahova