00:00:00
Yazar
Admin User
19.02.2025 17:14 146 1 dəq oxuma
Dünya

Həmasdan Qəzza bəyanatı: "Silahsızlanma qəbuledilməzdir"

Həmasdan Qəzza bəyanatı: "Silahsızlanma qəbuledilməzdir"

Həmas İsraillə atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci və üçüncü mərhələlərini həyata keçirməyə hazır olduğunu bildirsə də, “Qəzzadan müqavimətin aradan qaldırılması və ya tərksilahın qəbul edilməyəcəyini” açıqlayıb.

 

Həmas sözçüsü Hazim Kasım, etdiyi yazılı şərhdə, keçirilməsi planlaşdırılan əsir mübadiləsinin yeni raunduna işarə edərək, Fələstin xalqının 22 Fevral Şənbə günü böyük bir uğurla qarşılaşacağını bildirib. 

 

İKİNCİ MƏRHƏLƏYƏ HAZIRIQ”

 

Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş bir çox fələstinli məhbusun şənbə günü azad ediləcəyini qeyd edən Kasım, bunları söylədi:

“Biz həm siyasi, həm də yerlərdə atəşkəs sazişinin ikinci və üçüncü mərhələlərini həyata keçirməyə hazırıq. Biz İsrailin Qəzzadan tamamilə çıxarılmasını və daimi atəşkəslə nəticələnəcək bir raundlu əsir mübadiləsini əhatə edən ikinci mərhələyə hazırıq”.

Vasitəçilərin tələbi ilə atəşkəsin bütün maddələrinin həyata keçirilməsində ciddi olduqlarını sübut etmək üçün azad ediləcək məhbusların sayını artırmağa razılaşdıqlarını vurğulayan Kasım, "İşğalçının Həmas-ı Qəzza zolağından uzaq tutmaq şərti gülünc bir psixoloji müharibədir. Müqaviməti Qəzzadan uzaqlaşdırmaq və ya tərksilah etmək qəbuledilməzdir" , - o deyib. 

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər