00:00:00
Yazar
Admin User
27.11.2025 17:22 93 1 dəq oxuma
Dünya

Hong Kong yanğınında itkinlərin ağrılı gözləntisi

Hong Kong yanğınında itkinlərin ağrılı gözləntisi

Döz, gəlirəm” - bunlar Hong Kongun Tai Po rayonunda ictimai yaşayış kompleksində baş verən böyük yanğından sonra cənab Çunun həyat yoldaşına dediyi son sözlər olub.

 

 

Çərşənbə günü yerli vaxtla saat 15:00 (GMT 06:00) radələrində o, həyat yoldaşından təşviş içində bir zəng alıb. Qadın mənzildən çıxa bilmədiyini və pişiklə birlikdə içəridə qaldığını deyib.


O, dərhal işdən evə qaçıb və 31 mərtəbəli binanın alovlar içində olduğunu, qara tüstünün binadan qalxdığını görüb. Çin ərazisi olan Hong Kongda yanğınsöndürənlərin yeddi bina blokunu cənginə alan alovu tam nəzarətə götürməsi demək olar ki, 24 saat çəkib. Hadisədə indiyə qədər ən azı 75 nəfər həyatını itirib.


BBC
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər