Hörmüz boğazından keçən tankerlərin sayı 90 % azalıb
Fars körfəzi regionunda silahlı qarşıdurma başlayandan sonra Hörmüz boğazından keçən neft tankerlərinin sayı ən azı 90 % azalıb.
"İnformator.az" "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani bildirib.
"Cari ilin fevralın 28-dən başlayaraq Hörmüz boğazından tanker hərəkətinin həcmi 90 %-dən çox azalıb", - nazir bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət qlobal ərzaq təhlükəsizliyinə və "beynəlxalq hüquq normalarına real təhlükə yaradır".
"Hörmüz boğazındakı böhranın nizamlanmasında zaman amili həlledici əhəmiyyət kəsb edir, onun həlli isə dünya birliyi tərəfindən təxirəsalınmaz addımların atılmasını tələb edir", - deyə əz-Zəyani bildirib.