00:00:00
Yazar
Nərmin Həşimova
24.07.2026 20:34 22 1 dəq oxuma
Siyasət

“Hörmüz böhranı ölkələri ABŞ-nin İrana qarşı kampaniyasına yaxınlaşdırır”- AÇIQLAMA

“Hörmüz böhranı ölkələri ABŞ-nin İrana qarşı kampaniyasına yaxınlaşdırır”- AÇIQLAMA

Yaxın Şərqdə artan gərginlik fonunda İran və Böyük Britaniya arasında diplomatik münasibətlər daha da kəskinləşib. Tehran, Böyük Britaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında öz hərbi bazaları və digər imkanlarından istifadəyə icazə verməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək bu qərarı sərt şəkildə pisləyib. İran Xarici İşlər Nazirliyi bildirib ki, sözügedən addım BMT Nizamnaməsinin prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq hüquq baxımından İrana qarşı təcavüz aktı kimi dəyərləndirilə bilər.


Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli “İnformator.az”a bildirib ki, Britaniyadan sonra artıq digər mikrodövlətlərin, yəni istər Avropa dövlətlərinin, NATO üzvü olan ölkələrin də Birləşmiş Ştatların kampaniyasına qoşulmaq məcburiyyətində qalacağını görürük:


“Bu, çox önəmlidir ki, Hörmüz məsələsi dünyanın iqtisadi ortaq probleminə çevrilməkdədir. Necə ki, İran Hörmüzdən özünün ekstensial marağı üçün və güc vasitəsi kimi istifadə edirdisə, eyni məntiqi Birləşmiş Ştatlar da tərsinə olaraq tətbiq etməyə başlayır. Yəni nəticə etibarilə hər iki tərəf dünyanın üçüncü ölkələrini, ona məruz qalan ölkələri bir növ cəzalandırır. Belə olduğu halda, o ölkələr Amerika əleyhinə birləşə biləcək kapasitədə deyil, amma İran əleyhinə birləşib, necə olur-olsun, sürətli şəkildə nəticənin əldə olunmasında artıq maraqlıdırlar".


Mehriban Yariyeva

#ölkələri #abş-nin #azərbaycan #yeni #“hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər