Hər kəsdən Trampdan razı qalmalıdır - Rutte
Hər kəs Donald Trampın prezidentliyindən məmnun olmalıdır.
"İnformator.az" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “El Pais” qəzetinə verdiyi müsahibədə deyib.
O, Amerika liderini "stereotipləri qıran" və qlobal münaqişələri həll edən "xoş insan" kimi təsvir edib.
"Hər şey ABŞ prezidentindən başlayır. Tramp Putinlə danışmaq üçün telefonun dəstəyini qaldıranda vəziyyət həqiqətən dəyişir. Buna görə də inanıram ki, hamımız Trampın prezidentliyindən məmnun olmalıyıq", - Rutte bildirib.