Hücum aktları cavabsız qalmayacaq - Azərbaycanın Müdafiə Nazirliyindən xəbərdarlıq
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələrinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələrinin ölkəmizin ərazisində mülki infrastruktura qarşı törətdiyi hücumları qəti şəkildə pisləyir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
