Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
Yəmən husiləri Səudiyyə Ərəbistanının ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanını və Yanbu şəhərində “Saudi Aramco” şirkətinə məxsus obyekti hədəf alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının hərbi sözçüsü Yahya Səriyə açıqlama verib.
O, həmçinin Rabik neft emalı zavodunun və Səudiyyə Ərəbistanının şərqindən qərbinə neft nəql edən boru kəmərinin hücuma məruz qaldığını bildirib.
Hərbi sözçünün sözlərinə görə, hücumların hədəfləri arasında Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı, Nəcran hava limanı və Xamis-Muşayt aviabazası da olub.
Səudiyyə Ərəbistanı hökuməti hadisə ilə bağlı heç bir açıqlama verməyib.