Husilər ilk dəfə hipersəs raketi ilə İsrail gəmisini vurublar
Yəmənin Ənsar Allah husiləri Ərəb dənizində MSC Sarah V-ə hücum zamanı ilk dəfə hipersəs raketindən istifadə ediblər, üsyançıların hərbi sözçüsü Yəhya Saria bildirib. Bu barədə "İnformator.az" Tass-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri İsrail gəmisini vuran raketin xüsusiyyətlərini açıqlayıb.
"Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir", - Saria vurğulayıb.
Bundan əvvəl husilər Hayfa limanında və Aralıq dənizində İsrailə aid beş gəmiyə hücum ediblər. Ənsar Allah, həmçinin öz istehsalı olan ilk pilotsuz qayıq olan Tufan-1-i nümayiş etdirdi .
