00:00:00
Yazar
Admin User
02.07.2025 04:33 101 1 dəq oxuma
Dünya

İbrahim Kalın İraqda kürd liderlərlə görüşüb

İbrahim Kalın İraqda kürd liderlərlə görüşüb

Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın ötən gün İraqa səfər edib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, Ərbildə Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani, Kürdüstan Regional Hökumətinin (KRG) sədri Neçirvan Bərzani, Kürdüstan Regional Rəhbərliyinin (KRG) Baş naziri Məsrur Bərzani və digər şəxslərlə görüşüb.

 

İkitərəfli danışıqlar zamanı İran və İsrail arasında müharibədən sonra bölgədəki son vəziyyət və regional sülhün təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.


Danışıqlar zamanı müzakirə olunan ən mühüm məsələlərdən biri də “Terrordan Azad Türkiyə” prosesi olub. Bu çərçivədə bütün bölgənin terrordan təmizlənməsi və terrorun regional gündəmdən çıxarılması üçün gələcəkdə atılacaq addımlar müzakirə edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər