00:00:00
Yazar
Admin User
02.09.2025 06:06 110 2 dəq oxuma
Sosial

İbtidai siniflərdə dərs saatlarının azaldılması uşaqların öyrənmə motivasiyasını artıra bilər

İbtidai siniflərdə dərs saatlarının azaldılması uşaqların öyrənmə motivasiyasını artıra bilər

Hazırda ibtidai siniflərdə dərslər 45 dəqiqədir. Mütəxəsisslər isə bildirir ki, 6–9 yaşlı şagirdlər yalnız 20–25 dəqiqə diqqətlərini toplaya bilirlər. Uzun dərs saatları yorğunluq və motivasiya itkisi yaradır. Finlandiya, İsveç və Yaponiyada dərslər 30–35 dəqiqədir.


Mövzu ilə bağlı Ailə Uşaq psixoloqu  Vüsalə Əmiraslanova "İnformator.az"a  müsahibə verib.


İbtidai siniflərin adaptasiyası üçün dərs saatlarının sayı hazırkı səviyyəyə uyğundur?


"Ümumiyyətlə, uşaqların dərsə adaptasiyası, dərs də iştirakı 45 dəqiqə ərzində həyata keçirilir,
amma, bu o demək deyil ki, uşaqlar 45 dəqiqənin bütün dəqiqələrini, saatlarını diqqətlərinə ayıra bilirlər. 45 dəqiqə olması əslində standartlara uyğun gəlir, amma əlbəttə ki, ibtidai sinif müəllimləri bu dərs saatındə uşaqların həm fiziki, həm də əqli inkişafına kömək etməlidirlər".

 


Dərs saatlarının azaldılması şagirdlərin öyrənmə prosesinə necə təsir edə bilər?

 


"Əslində, dərs saatlarının azaldılmasını bir psixoloq olaraq tövsiyə etmirəm. 40 dəqiqə ərzində ola bilər, amma sinif də uşaq sayı 20 olmalıdırsa və əgər 20-dən artıq olarsa, əlbəttə ki, orada 45 dəqiqə ancaq, uşaqların özlərini tam olaraq adaptasiya etmələri, dərsə diqqətlərini ayırmalarına və yaxud da dərslər də iştirak etmələrinə aid olur".


Dərs yükü azaldıldıqda uşaqların inkişafına hansı fəaliyyətlər əlavə edilə bilər?


"Əlbəttə ki, dərs yükünün azaldılması çox gözəl olar. Dərs yükünü azaltmaq deyəndə biz əsas bilikləri uşaqlara öyrətməliyik xüsusilə ibtidai bilikləri Riyaziyyatdan, Ana dilindən, Həyat bilgisindən və.s amma bunu oyun şəklin də, daha çox psixoloji tərəfləri nəzərə alaraq həyata keçirməliyik. İbtidai siniflər üçün ümumiyyətlə, psixoloqun dəstəyi vacibdir. Məktəb psixoloqu mütləq bu siniflərdə olmalıdır. Bu həm adaptasiya üçün, həm də uşaqların dərsə marağlarını artırmaq üçün olmalıdır, əlavə tapşırıqlar olmasa və müəllim sırf KSQ, BSQ üçün uşaqları hazırlaşdırmağa məcbur qalmasa, dərslər daha əyləncəli şəkil də öyrədilə bilər. Daha çox Musiqi, Texnologiya və İdman dərsləri tədris olunsa, uşağın dərsə marağı bir o qədər artar. Həmçinin öyrənmə prosesi də 45 dəqiqə ərzində səmərəli şəkil də yekunlaşar".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər