İcra başçısının birinci müavini vəzifəsindən azad edilib
Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.
"Informator.az" "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytardır.
