00:00:00
Yazar
Admin User
25.11.2025 15:46 97 1 dəq oxuma
Siyasət

“İki ölkə arasında münasibətlər tarixin ən pis dövrünü keçirir”

“İki ölkə arasında münasibətlər tarixin ən pis dövrünü keçirir”

“Lazım gələrsə, İsrail İrana qarşı təsiredici tədbirlər görəcək”, - deyə Yair Lapid bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail ordusunun Livanın paytaxtı Beyrutun Dahiya rayonuna hava hücumu zamanı Hizbullah Hərəkatının yüksək vəzifəlisi Heytəm Əli Təbatəbainin öldürülməsinə qarşı İrandan qisas çağrışları artıb:

 

“Yüksək rütbəli İran hərbiçiləri Təbatəbainin öldürülməsinə görə İsrailə qarşı müharibədən başqa seçim olmadıqlarını bəyan edirlər. Buna görə də İsrailin keçmiş Baş Naziri Yair Lapidin “İrana qarşı təsiredici tədbirlər görə bilərik” açıqlaması İsrail-İran münasibətlərində gərginliyi vəziyyəti indi olduğundan daha çox artıra bilməz. Ümumiyyətlə, İsraillə İran arasında münasibətlərdə gərginliyinin indikindən bir qədər artımı hərbi əməliyyatların başlaması ola bilər. Yəni iki ölkə arasında münasibətlər tarixin ən pis dövrünü keçirir. ABŞ və Avropa ölkələri bu açıqlamaya ciddi bir reaksiyası olmayacaq. Regional dövlətlərin edə biləcəyi bir iş yoxdur. Ümumiyyətlə, qarşıdan gələn 2026-cı ildə İran məsələsi dünyanın əsas mövzusu olacaq. Gələn il İranda rejim dəyişikliyi və xalqların öz müqəddəratını təyin etmə hüququnun önə çıxacağı il olacaq. Azərbaycan cəmiyyəti və mediası da İran mövzusunu bu məsələləri önə çəkərək müzakirə etməli, diqqətdə saxlamalıdır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər