00:00:00
Yazar
Admin User
20.05.2025 17:16 149 1 dəq oxuma
Dünya

İki ölkə arasında terror böhranı

İki ölkə arasında terror böhranı

 

Venesuela "terror təhdidi"ni əsas gətirərək qonşu Kolumbiya ilə bütün uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edib. Qərarı açıqlayan daxili işlər naziri Diosdado Cabello “Şiddət, terrorizm və mafiya ilə əlaqəli şəxslərin Kolumbiyadan quru sərhədindən istifadə edərək ölkəyə daxil olduğunu müəyyən etmişik”, – deyə bildirib və 17-si əcnəbi olmaqla ümumilikdə 38 nəfərin həbs edildiyini qeyd edib.

 

Seçkilərin sabotaj edilməyə çalışıldığını iddia edən Cabello, “Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması göstərişini verdik. Çünki əlimizdə olan məlumata əsasən, şiddət, terrorizm və mafiya ilə əlaqəli şəxslər Kolumbiyadan quru sərhəddən ölkəyə daxil olurlar”, – ifadələrini işlədib.

 

Cabello, ölkədəki səfirlik binalarına hücum planları barədə məlumat aldıqlarını da qeyd edərək, “Venesuelada akkreditə olunmuş səfirliklər əsas hədəf olaraq seçilib. Polis bölmələri, xəstəxanalar, tibb mərkəzləri və transformator məntəqələri də hədəflər arasındadır”, – deyə bildirib.

 

Cabello müxalifət lideri Maria Korina Maçadaya da sərt reaksiya verərək, Maçadonun qeyd olunan terror fəaliyyətlərinin arxasında duran şəxs olduğunu iddia edib. 25 may tarixində Venesuelada, qonşu Qayana ilə mübahisəli olan Esekibo bölgəsi də daxil olmaqla, 24 ştatda qubernator seçkiləri və eyni zamanda Milli Assambleya (AN) üçün deputat seçkiləri keçiriləcək.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər