İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş edib.
Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlanıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Xəyal bəy bildirib ki, ATƏT ilə Azərbaycanın münasibətləri avropa regionunda mövcud olan digər təşkilatlarla Azərbaycan arasında olan münasibətlər kimi zaman-zaman fərqli məcralarda inkişaf edib .
“Azərbaycan dövləti uzun müddət ATƏT-in Minsk qurupu olan təşkilat tərəfindən Azərbaycanın keçmiş Qarabağ münaqişəsinin həlli, Ermənistan Azərbaycan arəzisində olan münaqişənin həlli, Azərbaycanın ərazilərinin işğalına son qoymaq ərazi bütövlüyümüzü təmin edilməsi istiqamətində gözləntiləri vardı. Biz təxminən 30 ilə yaxın müddət ərzində keçmiş münaqişənin həllini gözlədiyimiz təşkilatlardan biri ATƏT idi. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qurupu 30 ilə yaxın mövcudluğu dövründə bir nəticə ortaya qoya bilməyıb. Nəticəsiz səfərlər, heç bir nəticə ortaya qoyulmayan görüşlər,bəyanatlar yalnız bunları gördük. Təbii ki, Azərbaycanın haqqı var idi ki, keçmiş Qarabağ münaqişəsinin həllini vəzifə kimi öz üzərinə götürmüş ATƏT-in Minsk qurupunun buraxılması istiqamətində haklı tələblərini ortaya qoysun.Biz günlərin birin də həmin o təşkilatın ATƏT-in fakt araşdırıcı missiyası hansı ki, onlar Azərbaycan əraziləri işğal olduğu dönemlərdə onların misiyası həmin ərazidəki vəziyyətlə bağlı səfərlər edib, orda ki, vəziyyəti öyrənməkdir. Onların regiona ən son səfəri 2010-cu ildə baş vermişdir. Təssəvür edin ki, ikinci Qarabağ müharibəsi 2020 -ci ildə başlayıbsa, bunlar regiona 2010-da səfər ediblər. 2016-cı il aprel döyüşləri olduqdan sonra onlar ora səfər etmədilər və 10 il ərzində bu fakt araşdırıcı missiya heç bir addım atmırsa, heç bir iş görmürsə. təşkilatın fəaliyyətsizliyini iddia etmək təbii ki, normaldır, təbiidir.Amma artıq keçmiş Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. 2020-ci ilin ikinci Qarabağ müharibəsi illərində 2023-cü ilin antiterror tədbirləri həyata keçirdik və suverənliyimizi bərpa etdik. Artıq 8 avqust 2025-ci il Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində Vaşinqtonda Trampın iştirakı ilə görüş keçirilib. Azərbaycan-Ermənistan arsında həmin o görüşdə sülh sazişi mətni paraflanıb və eyni zamanda tarixi bir hadisə baş verib. ATƏT-in Minsk qurupunun buraxılması ilə əlaqədar Azərbaycan və Ermənistan dövlət başçıları müraciət ediblər. ABŞ prezidenti Donald Tramp bu prosesi dəstəkləyib. 1 sentyabr 2025-ci ildə yəni təxminən 1 ay yarım bundan öncə artıq ATƏT-in Minsk qurupu ilə bağlı bütün təsisatlar öz fəalliyətini dayandırıb və buraxılıb. Bundan sonra Azərbaycanla ATƏT arasında yeni səhifənin açıldığını deyə bilərik və bu yeni səhifə ərazi bütövlüyü təmin edilmiş, suverenliyi təmin edilmiş qalib Azərbaycanla ATƏT arasında olan münasibətlərdir. Bundan öncə bizim ərazilərimizin 20%-i işğala məruz qalmış bir dövlət olaraq ATƏT ilə münasibətimiz var idi və bizim ATƏT-dən gözləntilərimiz var idi. O gözləntilər doğrulmasa da artıq Azərbaycanla ATƏT arasında fərqli formada yeni münasibətlər formalaşır və təbiiki Azərbaycan bütün beynəlxalq təsisatlarla münasibətdə olduğu kimi ATƏT ilə də münasibətlərin inkişaf etdirməsinə maraqlıdır. Sadəcə olaraq əsas məqamlar,aktual məqamlar var ki,fərqi yoxdur beynəlxaq təşkilatlar ,təsisatlar və ya dövlətlər beynəlxalq hüququn bütün subeyktləri ilə biz münasibətləri bərabər hüquqlu əməkdaşlıq formasında tərəflərin bir-birinə hörmət, maraqlarına hörmət qarşılıqlı şəkildə maraqların qorunması və daxili işlərə qarışmamaq prinsipləri əsasında qururuq. ATƏT-də bu prinsiplərə hörmətlə yanaşacaqsa, təbii ki bundan sonra bizim münasibətlərimiz bu təşkilatla yalnız və yalnız inkişaf edəcək. Çünki ATƏT-in aid olduğu regionun bir çox dövlətləri ilə Azərbaycanın qarşılıqlı münasibətləri inkişaf etməkdədir. Azərbaycan ATƏT-in də aid olduğu Avropa regionunun enerji təhlükəsizliyi təmin edilməsində çox önəmli rola sahib olan və bu rolu gündən-günə artan dövlətdir. ATƏT-in Cənubi Qafqaz regionunda Azərbaycan tərəfindən sülhün təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından Azərbaycanın rolunu qəbul etməsi, Azərbaycanın Cənubi Qafqazın əsas dövləti olaraq qəbul etməsi gələcəkdə ATƏT-in Cənubi Qafqaz regionunda münasibətlərin inkişaf etdirməsinə müsabət təsir gösdərəcək. Eyni zamanda, Azərbaycanında qarşılıqlı şəkildə ATƏT ilə münasibətlərinə müsbət təsir gösdərəcək".
Selcan Xudiyeva
