00:00:00
Yazar
Admin User
24.09.2025 19:07 121 1 dəq oxuma
Siyasət

İlham Əliyev Bolqarıstan baş naziri ilə görüşüb

İlham Əliyev Bolqarıstan baş naziri ilə görüşüb

Sentyabrın 24-də Nyu Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

 

"İnformator.az" xəbər verir ki, Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib.

 

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.

 

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirilib.

 

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər