İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərib
Azərbaycan dövləti bu məktubu bayram münasibətilə qardaş ölkəyə göndərib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bir tərəfdən, bu günlərdə Azərbaycan Prezidentinin Qazaxıstanla səfəri olub:
"Çox məsələlər orada, yəni ticari, iqtisadi əlaqələr, əməkdaşlıq qədər dərinləşib. Yəni bu, Türküstandakı türk cümhuriyyətləri, Azərbaycan əlaqələrinin sona qədər belə artan xətt üzrə inkişaf eləməsi olduqca doğrudur. Təbii ki, artıq normal bir hadisədir. Həm də bizim Qazaxıstanla strateji tərəfdaşlıq müqaviləmiz var və bu əlaqələrinin təbii ki, daha da dərinləşməsini özündə ehtiva edir. Həm də bu strateji tərəfdaşlıq münasibətləri hər gün bir qədər də dərinləşir, eyni zamanda Azərbaycan üzərindən keçən Orta yolun, həm də Türküstanın Avropaya dünya çıxışına şərait yaratması, milli mənəvi dəyərlərindən bağlı davamlı olaraq münasibətlərin, tədbirlərin keçirilməsi, xüsusilə təhlükəsizlik məsələlərinə bağlı əməkdaşlıqdır. Və əlbəttə, bütün bunlar hamısı perspektiv münasibətləri üzründə ehtiva edir. Və Qazaxıstan, əlbəttə, Azərbaycanla sıx əməkdaşlığa maraqlıdır. Çünki Qazaxıstan coğrafi mövqeyi şimaldan Rusiya ilə həmsərhəddi, Çinlə və digər türk cümhuriyyətləri ilə, yəni bu coğrafiyada onun dünya yayılması, özünün geniş potensialına, resurslarına, dünya bazarına çıxılması Azərbaycanın dəstək olmadan, iştirakı olmadan əlbəttə çətindir. Qazaxıstan Azərbaycanla münasibətlərin dərinləşməsinə, eyni zamanda iqtisadi, ticari əlaqələrin, milli-mənəvi dəyərlərinə bağlı münasibətlərin inkişafının olduqca maraqlıdır. Burada qarışılıqlı bir maraq var. Hər iki dövlət bir-birini qardaş dövlət olaraq dəstək edir, həm də nəzər alsaq ki, burada eyni millət qurucudur, burada bu, çox normal başa düşülən bir hadisədir".
Gülcan Salahova
