İlham Əliyev Macarıstanın baş nazirini təbrik edib
İlham Əliyev Macarıstanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri inkişaf edən dinamik münasibətlər kimi xarakterizə olunmalıdır:
“Azərbaycan Macarıstanla həm Avropa İttifaqının üzvü olan ölkələr kimi çox sıx əlaqələrə malikdir, həm də Türk dövlətləri təşkilatında müşahidə şurası kimi Azərbaycan və Macarıstanın xüsusi əlaqələri var. Ortaq etnik köklər, ortaq mədəniyyət Azərbaycan-Macarıstan arasında münasibətlərin sosial vəziyyətini təşkil edir. Eyni zamanda, bu gün Azərbaycan və Macarıstan əlaqələri Avropa İttifaqı Azərbaycan münasibətləri konteksində inkişaf etməkdədir. Azərbaycan Prezidenti Macarıstanın baş nazirini təbrik edərkən münasibətlərimizin yüksək səviyyəsindən danışıb. Bu münasibətlərin həm də gələcək inkişaf prespektivliyindən danışıb. Nəticə etibari ilə Azərbaycanın həyata keçirdiyi böyük lahiyyələr həm Avropa, həm də Macarıstanla əlaqəlidir. Azərbaycan və Macarıstanın beynəlxalq münasibətlər sistemində strateji mövqeləri ortaqdır, hədəfləri ortaqdır, məqsədləri ortaqdır ona görə də bu üst-üstə düşən mühüm cəhətlər Macarıstan və Azərbaycan arasında münasibətlərin strateji müttəfiqliyi qədər qalxması kimi imkanları yaradır. Əminik ki, önümüzdəki tarixi mərhələdə biz bu münasibətlərin həm iki tərəfli, həm də çox tərəfli müstəvidə daha da inkişaf edərək, müttəfiqlik əlaqələrinə qədər gəlib çatmasına şahidlik edəcəyik".
Siyasi şərhçi Taleh Əliyev isə bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri son illər strateji xarakter almışdır:
“Demək olar ki, hər iki ölkə bir-birinə dövlət maraqlarına uyğun həm regional təşkilatlarda, Avropa strukturlarına, o cümlədən, BMT-də dəstək olurlar. Bu iki ölkəni daha çox yaxınlaşdıran, birləşdirən ən vacib regional təşkilatlardan biri də Türk dövlətlər təşkilatıdır. Bildiyiniz kimi, Macarıstan Türk dövlətləri təşkilatının müşahidəçi üzvüdür. Müşahidəçi üzvü olmasına baxmayaraq, Türk dövlətləri təşkilatının tədbirlərinə ev sahibliyi edir. Özünün qədim tarixi ilə türk kimliyi ilə öyünən macar xalqına bu gün türk dövlərləri ilə demək olar ki, hər biri ilə iki tərəfli və çox tərəfli formatlarda əməkdaşlığı genişləndirmək də maraqlıdır. Türk dövlətləri təşkilatının formalaşmasında mühüm xidmətləri olan Azərbaycan dövləti də Macarıstanla həm Türk dövlətləri təşkilatı farmatında, həm də iki tərəfli əməkdaşlığa xüsusi önəm verir. Nəzərə alsaq ki, Macarıstan həm də Avropa dövlətidir .Avropanın demək olar ki, bütün strukturlarında Avropa ittifaqı, NATO, ATƏT kimi qurumların əsas aktiv üzvü olan dövlətlərinnən biridir. Ölkəmizə qarşı Avropada aparılan anti-Azərbaycan kompaniyalarına qarşı da dost və müttəfiq ölkə olan Macarıstanın bu istiqamətdəki fəalliyyətləri də təqdir olumalıdır. Hesab edirəm ki, bu baxımdan, Azərbaycanın dövlət başçısı Macarıstan liderini və macar xalqını bu münasibətlə təbrik edib".
Selcan Xudiyeva
