00:00:00
Yazar
Güllər Gülhüseynova
24.08.2026 20:30 160 1 dəq oxuma
Siyasət

İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Züriyə Qarayeva bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevanın iştirakı səfərin siyasi məzmununu ictimai və humanitar diplomatiya ilə tamamlayıb:

 

“Birinci xanımların ünsiyyəti iki ölkə arasında münasibətlərin yalnız dövlət başçıları və rəsmi nümayəndə heyətləri səviyyəsində deyil, mədəniyyət, təhsil, səhiyyə və sosial layihələr müstəvisində də inkişaf etdiyini nümayiş etdirir. Bu mənada qadın diplomatiyası rəsmi danışıqların daha səmimi və etimada əsaslanan ictimai atmosferdə aparılmasına töhfə verən mühüm “yumşaq güc” vasitəsidir”.

 

Züriyə Qarayevanın sözlərinə görə,Azərbaycan və Özbəkistan kimi ortaq tarixə, dilə və mədəni dəyərlərə malik ölkələr arasında qadın diplomatiyasının xüsusi potensialı var:

 

"Mehriban Əliyeva və Ziroatxon Mirziyoyevanın birgə iştirakı xalqların mənəvi yaxınlığını ön plana çıxarmaqla yanaşı, qadınların ictimai həyatda rolunun gücləndirilməsi, mədəni irsin qorunması və xeyriyyə təşəbbüsləri üzrə yeni əməkdaşlıq imkanları yarada bilər. Belə təmaslar liderlər səviyyəsində qurulan strateji münasibətlərin cəmiyyətlər arasında da möhkəmlənməsinə, Azərbaycan-Özbəkistan tərəfdaşlığının daha insani və davamlı məzmun qazanmasına xidmət edir".


Nurgün Qənizadə

#özbəkistana #gedib #dövlət #gündəm #i̇lham
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər