00:00:00
Yazar
Admin User
07.07.2025 11:57 179 1 dəq oxuma
Siyasət

İlham Əliyev - Ərdoğan müttəfiqliyi

İlham Əliyev - Ərdoğan müttəfiqliyi

Bu ilin ötən dövründə Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri daha da inkişaf edib. Bu müddətdə iki ölkə rəsmiləri qarışlıqlı səfərlər ediblər, görüşlər keçiriblər, sənədlər imzalayıblar. Sözsüz, bu əlaqələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlər, müzakirələr, əldə olunan razılıqlar, verilən tapşırıqlar müstəsna əhəmiyyət daşıyır. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbəri verir ki, 2025-ci ilin 7 ayında Azərbaycan və Türkiyə liderləri 7 dəfə görüşüblər.

 

Prezident İlham Əliyev bu il 3 dəfə qardaş ölkəyə səfər edib.

 

R.T.Ərdoğan isə iki dəfə Azərbaycana gəlib və bu səfərlərin ikisi də işğaldan azad edilmiş ərazilərə - Laçın rayonu və Xankəndi şəhərinə olub.

 

Liderlərin il ərzində keçirdiyi görüşlərin xronikası:


5-6 mart
 - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada rəsmi səfərdə olub. Dövlət başçıları səfər çərçivəsində görüşüblər. Eyni zamanda, İqdır-Naxçıvan qaz kəmərinin videoformatda açılış mərasiminə qatılıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər