00:00:00
Yazar
Admin User
11.11.2025 12:43 145 1 dəq oxuma
Siyasət

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib.

 

"İnformator.az" xəbər verir ki, başsağlı mətnində deyilir:

 

Əziz Qardaşım.

 

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtıb. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər