00:00:00
Yazar
Admin User
10.12.2025 16:10 113 2 dəq oxuma
Siyasət

İlham Əliyev və Rixard Raşinin görüşü Bakı ilə Bratislavanın əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqləyib

İlham Əliyev və Rixard Raşinin görüşü Bakı ilə Bratislavanın əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqləyib

 

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə bu gün Bratislavada keçirdiyi görüş iki ölkənin münasibətləri dərinləşdirməkdə və onların konkret layihələrdə təcəssüm etdirilməsində maraqlı olduqlarını təsdiqləyib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Bakı-Bratislava əlaqələrinin inkişafı həm iki ölkənin əməkdaşlıq maraqlarının qorunması baxımından, həm də regionda əhəmiyyətli təsir göstərməsi baxımından vacibdir:

 

“Bu proses Slovakiyanın və digər ölkələrin Azərbaycanla etibarlı partnyor kimi əməkdaşlığa daha həvəslə yanaşmasına şərait yaradır. Eyni zamanda, əməkdaşlıq Azərbaycanın iqtisadi, maliyyə və hərbi potensialını gücləndirə bilər. Artıq Slovakiya da Azərbaycanla hansı sahədə əməkdaşlığa üstünlük verəcəyini gizlətmir. Bu əsasən Azərbaycanın qazının Slovakiyaya daha çox çatdırılması ilə bağlıdır. Slovakiya Azərbaycanın qazından istifadə etməklə bərabər, Azərbaycanda investisiya yatırmaq məsələlərində də maraqlı olduğunu gizlətmir. Artıq ölkəmizin azad olunmuş ərazilərində, Slovakiyanın sahibkarları, Slovakiyanın investisiyası işləyir eyni zamanda, burada ağıllı kənd qurulur. O cümlədən, ərazilərin minalardan təmizlənməsində Slovakiyanın iştirakını görürük. Bunlar, əlbəttə, çox əhəmiyyətlidir. Eyni zamanda, Slovakiya artıq hərbi sənaye və hərbi texnoloji müstəvidə də Azərbaycanla maraqlı olduğunu ortaya qoyub. Bura birinci növbədə Azərbaycanın da maraq göstərdiyi müasir artilleriya qurğuları ilə Azərbaycanın təmin olunmasıdır. Hansı ki, Slovakiya hərbi sənaye və hərbi texnoloji cəhətdən çox inkişaf etmiş ölkələrdən biridir və xüsusilə də, müasir hərbi texnika və texnologiyalarla Azərbaycanın təmin olunmasında Slovakiya önəmli rol oynaya bilər. Bu da bölgədə Azərbaycanın hərbi, siyasi təsir gücünü artıran faktorlardan birinə çevrilə bilər. Slovakiya Azərbaycanın da hərbi sənayesinin son illər sürətlə inkişaf etdiyini görür və hərbi sənaye sahəsində birgə istehsala maraqlı olduğunu gizlətmir. Ona görə də, Azərbaycanın və Slovakiyanın birgə hərbi sənaye istehsalının qurulması qarşıda bizi gözləyən çox önəmli perspektivlərdən biridir. Hansı ki, məhz birgə hərbi sənaye müəssisələrinin yaradılması, Azərbaycanın və Slovakiyanın dünya hərb bazarında mövqelərini möhkəmləndirməkdə böyük rol oynaya bilər “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər