00:00:00
Yazar
Güllər Gülhüseynova
23.06.2026 16:39 29 1 dəq oxuma
Siyasət

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

 

"İnformator.az" xəbər verir ki, Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.

 

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə 23 bina inşa edilib.

 

Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar.

 

Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

#inşa #sərdar #xəbər #əliyev #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər