İlk köç karvanı Daşbulaq kəndinə çatıb
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.
"İnformator.az" xəbər verir ki, Daşbulaq kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Daşbulaq kəndinə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.
Qeyd edək ki, bu Xocalının Daşbulaq kəndinə ilk köçdür.
