00:00:00
Yazar
Admin User
04.08.2025 15:27 257 2 dəq oxuma
Siyasət

İlk sövdələşməni icra edib

İlk sövdələşməni icra edib

Azərbaycan Böyük Britaniya ilə bu ölkənin İxrac Kreditləşdirmə Agentliyinin (UKEF) dəstəyi ilə 5 milyard funt sterlinq dəyərində kredit zəmanəti proqramı çərçivəsində ilk sövdələşməni uğurla həyata keçirib. Diplomatik missiyadan bildirilib ki, “Silk Way West Airlines” aviaşirkəti Böyük Britaniyada müasir “Boeing 777” simulatorunun alınmasının maliyyələşdirilməsinə dair sövdələşmə bağlayıb."Britaniyanın “L3Harris Commercial Aviation Solutions” şirkətinin istehsal etdiyi trenajor “Boeing 777”nin üç variantını birləşdirən yeni nəsil modeldir və Azərbaycanın Milli Aviasiya Akademiyasının tələbələrinə olduqca real təlim şəraiti təklif edib. Azərbaycanın strateji mövqeyi, dünya aviasiyası və logistikasındakı rolunun artması sayəsində UKEF çərçivəsində Böyük Britaniya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün böyük potensial mövcuddur", - səfirlikdən qeyd olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, müasir dövrdə ixracın kreditləşdirilməsi çox əhəmiyyətlidir:

 

"Ölkələrarası iqtisadi və ticari əlaqələrin inkişafında bu, xüsusi rol oynayıb. Ölkəmizin bu imkanlardan istifadə etməsi həm idxal, həm də ixrac potensialımıza əhəmiyyətli dərəcədə təsir göstərəcək. İxracın kreditləşdirilməsi, ümumiyyətlə, dünya miqyasında geniş yayılan bir təcrübəyə çevrilməkdədir. Ölkəmizin bu imkandan yararlanaraq Böyük Britaniya ilə əməkdaşlıq etməsi çox yaxşı bir başlanğıcdır.İngiltərənin İxrac Kreditləşdirmə Agentliyinin dəstəyi ilə 5 milyard funt-sterlinq dəyərində kredit zəmanəti çərçivəsində “Boeing 777” trenajorunun əldə edilməsi Azərbaycan aviasiyasında ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Bu gün Azərbaycan aviasiyası dünyanın ən keyfiyyətli və etibarlı aviasiya sistemlərindən biridir. Keyfiyyətin daha da yüksəldilməsi ölkəmizin qarşısında duran prioritet məsələlərdəndir. Ən müasir tipli “Boeing 777” trenajorlarının əldə edilməsi Milli Aviasiya Akademiyasında tələbələrin hazırlanmasında olduqca təsirli rol oynayacaq.Ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərib. O ölkəyə kredit zəmanəti verilib ki, onun həm iqtisadi potensialına, həm də etibarlı tərəfdaş olduğuna inam mövcud olsun. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan dünyanın ən etibarlı tərəfdaş ölkələrindən biridir. Ölkəmizə son 20 ildən artıq müddətdə çox böyük həcmdə investisiyalar yatırılıb. Bu investisiyaların həcmi 300 milyard dollardan çoxdur. Azərbaycan bu gün əksər ölkələrin malik olmadığı potensialı formalaşdırıb.Azərbaycan aviasiyasına böyük etimad mövcuddur. Həm sərnişin, həm də yük daşımalarında təhlükəsizliyin təmin olunma səviyyəsi bütün dünya tərəfindən yüksək qiymətləndirilib. Yeni trenajorlar gələcəkdə daha yüksək ixtisaslı kadrların hazırlanmasında ciddi rol oynayacaq".


Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər