00:00:00
Yazar
Səadət Əlizadə
09.07.2026 22:10 25 2 dəq oxuma
Maraqlı

İllərlə itkin sayılan "itin sirri" timsahın mədəsində tapılıb

İllərlə itkin sayılan "itin sirri" timsahın mədəsində tapılıb

Bir vaxtlar "Amerikanın ən vəhşi qadını" kimi tanınan Kerol Rakdeşelin illər əvvəl danışdığı maraqlı bir timsah hekayəsi sosial şəbəkələrdə yenidən diqqət çəkib.


2015-ci ilin may ayında Arthur Morgan School tələbələrinin ABŞ-nin Cumberland adasına təşkil etdiyi yürüş zamanı lentə alınan qısa videoda Kerol Rakdeşel ölü bir timsahın mədəsindən tapdığı it birkası ilə bağlı xatirəsini bölüşür.

 

Vəhşi təbiət tədqiqatçısı və bioloq olan Rakdeşel bildirir ki, adada tapdığı ölü heyvanları araşdıraraq onların ölüm səbəbini və qidalanma vərdişlərini öyrənir. Onun sözlərinə görə, bir dəfə ölü bir Amerika timsahını yararkən mədəsində həzm olunmamış sümüklərlə yanaşı, üzərində sahibinin məlumatları yazılmış metal it birkası aşkar edib.

 

Bu tapıntı timsahın ev itlərindən birini ovladığını göstərib. Rakdeşel birkanın üzərindəki məlumatlardan istifadə edərək itin sahibini tapıb, baş verənləri ona izah edib və birkanı geri qaytarıb. Məlum olub ki, itin sahibi heyvanın uzun müddət əvvəl müəmmalı şəkildə yoxa çıxmasının səbəbini illər sonra öyrənib.

 

Rakdeşel bu hadisəni tələbələrə danışarkən vəhşi təbiətdə qida zəncirinin necə işlədiyini, timsahların təbii instinktlərini və ev heyvanlarını vəhşi ərazilərdə nəzarətsiz buraxmağın təhlükəli ola biləcəyini vurğulayıb.

 

Qeyd edək ki, Kerol Rakdeşel ABŞ-nin Cumberland adasında onilliklərdir sadə şəraitdə yaşayan, həyatını adanın ekosisteminin qorunmasına həsr edib təbiət tədqiqatçısı kimi tanınır. Məhz qeyri-adi həyat tərzi və vəhşi təbiətlə bağlı təcrübələri ona "Amerikanın ən vəhşi qadını" ləqəbini qazandırıb.

#sirri" #sayılan #xəbər #i̇llərlə #tapılıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər