İndi Yerə çırpılma ehtimalı sıfır olan ən riskli asteroid
Keçən həftə ən riskli asteroid kimi qiymətləndirilən 2024 YR4, NASA və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən 2032-ci ildə Yerə təsir etmə ehtimalının demək olar ki, sıfıra yaxın olduğu bildirilir.
NASA, bu kosmik daşın dekabr 2032-də Yerə çırpılma ehtimalını 0.0017% olaraq qiymətləndirir, ESA isə buna bənzər bir risk dəyərləndirməsini 0.002% olaraq təqdim edir. Bu, 59,000-də 1 təsir ehtimalı deməkdir, yəni asteroidin yeddi il ərzində Yerə təhlükəsiz şəkildə yan keçmə ehtimalı 99.9983%-dir. Agentlik, asteroidin Ayın üstündən keçmə ehtimalının 1.7% olduğunu da paylaşdı, amma bu az ehtimal Yerə risk yaratmır.
“İlk kəşf edildikdə, asteroid 2024 YR4-nin 2032-ci ildə planetimizə çırpılma ehtimalı çox kiçik, lakin əhəmiyyətli idi,” agentlik bazar ertəsi bildirib.
“Asteroidin müşahidələri Kiçik Planet Mərkəzinə təqdim edildikcə, NASA Jet Propulsion Laboratory-nin Yaxın Yer Obiyektləri Araşdırmaları Mərkəzindəki mütəxəssislər asteroidin trayektoriyasını daha dəqiq modelləşdirməyə nail olublar və indi bu asteroidin növbəti yüz il ərzində planetimizə çırpılma ehtimalının əhəmiyyətli olmadığını müəyyən ediblər. Son müşahidələr onun gələcək trayektoriyasındakı qeyri-müəyyənliyi daha da azaldıb və 22 dekabr 2032-ci ildə asteroidin ola biləcəyi mümkün yerlərin aralığı Yerə daha da uzaqlaşıb".
Həftə sonu asteroid, Yer ilə kosmik obyektlərin mümkün toqquşmalarını təsnif etmək üçün istifadə edilən Torino Təsir Təhlükəmi Ölçmə Sistemində 0-dan 10-a qədər reytinqə düşüb. Bu reytinq “toqquşma ehtimalının sıfır olduğunu və ya demək olar ki, sıfır olduğunu göstərir. Həmçinin, atmosferdə yanan kiçik obyektlər, meteoritlər və nadir hallarda ziyan vuran meteorit yağmurları kimi kiçik obyektlərə də aiddir".
CNN
Nuray Qurbanlı