İndoneziyada şiddətli yağışların səbəb olduğu fəlakətlərdə ölənlərin sayı 174-ə çatıb
İndoneziyanın Sumatra adasında şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 174-ə çatıb.
İndoneziyada son dövrlərdə bir çox insanın həyatını itirməsinə səbəb olan pis hava şəraiti təsirini davam etdirir.
İndoneziya Fəlakətlərlə Mübarizə Agentliyinin rəhbəri Suharyanto açıqlamasında bildirib ki, Şimal Sumatrada həyatını itirənlərin sayı 116-ya, Aceh bölgəsində isə 35-ə çatıb.
Suharyanto həmçinin qeyd edib ki, axtarış-xilasetmə qrupları Qərbi Sumatrada da 23 nəfərin meyidinə çatıb.
İtkin düşən 74 nəfər üçün isə axtarış-xilasetmə işləri davam edir.
TRT XƏBƏR
Lalə Qurbanlı