00:00:00
Yazar
Hüseynova Mələk
19.06.2026 21:18 72 1 dəq oxuma
Media

“İnformator.az” saytının əməkdaşlarına sertifikatları təqdim olunub

“İnformator.az” saytının əməkdaşlarına sertifikatları təqdim olunub

Bu gün “İnformator.az” saytının əməkdaşlarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə saytın təsisçisi, BDU-nun kafedra müdiri Aynur Nəsirova, Jurnalistika fakültəsinin dekan müavinləri Samir Mirzəyev və Esmira Rövşənova, həmçinin BDU-nun kafedra müdiri Xatirə Hüseynova iştirak ediblər.

 

 

Saytın təsisçisi Aynur Nəsirova açılış nitqi ilə çıxış edib. “İnformator.az” saytının gənclər üçün yaratdığı şəraitdən bəhs edib, əməkdaşlara öz təşəkkürünü bildirib.  

 

 

Dekan müavinləri Samir Mirzəyev və Esmira Rövşənova, kafedra müdiri Xatirə Hüseynova çıxışlarında gənclərə öz yollarında uğurlu olmağı və hər zaman düzgün mövqe tutmağı tövsiyə ediblər. Bildirilib ki, “İnformator.az” onların jurnalistika yolunda ilk addımlarıdır və qarşıda daha uzun, məsuliyyətli və uğurlu bir yol dayanır.

 

 

Sonda xatirə şəkli çəkdirilib. 

 

 

Mələk Hüseynova

 

#sertifikat #əməkdaş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər