00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 22:06 28 1 dəq oxuma
Dünya

İngiltərədə siqaretə qarşı sərt addım: Yeni nəsil üçün ömürlük qadağa planı

İngiltərədə siqaretə qarşı sərt addım: Yeni nəsil üçün ömürlük qadağa planı

İngiltərədə 2009-cu ildən sonra doğulan şəxslərin siqaret almasını qadağan etməyi nəzərdə tutan qanun layihəsi üzrə razılıq əldə olunub.

 

İcmalar Palatası və Lordlar Palatası “Siqaret və Elektron Siqaret Qanun Layihəsi” kimi tanınan sənədin son variantı üzərində razılığa gəliblər.

 

İngilis mediasının məlumatına görə, qanun layihəsi siqaret alma yaşını tədricən artırmağı və 1 yanvar 2009-cu ildən sonra doğulanların ömür boyu siqaret alma yaş həddinə çatmamasını nəzərdə tutur. Sənəd Kral III Çarlz təsdiqlədikdən sonra Səhiyyə Nazirliyi nə qadağaları genişləndirmək səlahiyyəti veriləcək.

 

Yeni qaydalara əsasən, uşaqların olduğu avtomobillərdə nikotinsiz elektron siqaretlərin istifadəsi də qadağan ediləcək. Bundan əlavə, uşaq parkları və xəstəxanaların ətrafında da siqaret çəkməyə icazə verilməyəcək.

 

Anadolu Agentliyi
Aytac İbrahimova

#nəsil #qarşı #planı #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər