İngiltərə Rus PUA-larına qarşı Belçikaya əsgər və texniki dəstək göndərib
İngiltərə Baş Qərargah rəisi Riçard Nayton açıqlamada bildirib ki, həftənin əvvəlində Belçika ordusu İngiltərədən yardım istəyib. Belçikanın paytaxtı Brüsselin yaxınlığında pilotsuz uçuş aparatları (PUA) müşahidə edildikdən sonra Brüssel Hava Limanı müvəqqəti olaraq bağlanıb. Bildirilib ki, PUA-lar hərbi baza da daxil olmaqla bir neçə digər ərazidə də görülüb.
Nayton Belçikanın müraciətinə cavab olaraq İngiltərənin hərbi dəstək verdiyini, əsgər və texnikanın yola çıxdığını deyib. Belçikadan Doel atom elektrik stansiyasının üzərində üç əlavə PUA-nın görüldüyü xəbəri yayılıb. Enerji şirkəti Engie-nin sözçüsü bildirib ki, stansiyanın fəaliyyətində heç bir problem olmayıb. Grâce-Hollogne bölgəsində yerləşən Liege beynəlxalq hava limanında da PUA müşahidə edildiyindən uçuşlar müvəqqəti olaraq dayandırılıb.
BBC NEWS
Səmayə Səftərova