00:00:00
Yazar
Admin User
25.08.2025 12:15 95 1 dəq oxuma
Dünya

İngiltərənin Vayt (Wight) adasında helikopter tarlaya düşüb

İngiltərənin Vayt (Wight) adasında helikopter tarlaya düşüb

Məlumata görə, hadisə ilə bağlı əraziyə çoxlu sayda təcili yardım briqadası cəlb olunub. Hampshire və Vayt adası Polis İdarəsinin yazılı açıqlamasında bildirilib ki, qəza Shanklin yolunda baş verib və yerli vaxtla 09:24-də daxil olan məlumat əsasında polis əməkdaşları hadisə yerinə çağırılıb.

 

Açıqlamada helikopterdə neçə nəfərin olduğu və yaralıların olub-olmadığının hələlik dəqiq bilinmədiyi qeyd olunub. Bundan əlavə, polisin hadisə yerinə çoxlu sayda təcili yardım maşınlarının göndərildiyini, yolun nəqliyyat üçün bağlandığını və vətəndaşlardan ərazidən uzaq durmalarının istəndiyini vurğulanıb.

 

Hadisə ilə bağlı Hava Təcili Yardım Xidmətinin açıqlamasında isə həkim və ixtisaslı tibb işçisindən ibarət reanimasiya qrupunun digər təcili yardım əməkdaşları ilə birlikdə müdaxilə etdiyi bildirilib.

 

Ölkə mediasında yayılan xəbərlərə görə, hadisənin şahidlərindən biri — Leigh Goldsmith — helikopterin yerə çırpılmadan əvvəl fırlanaraq sarmal hərəkətlər etdiyini, daha sonra kolların üzərinə düşdüyünü deyib. Goldsmith helikopterdə 4 nəfərin ola biləcəyini və hava yastıqlarının açıldığını irəli sürüb.

 

TRT HABER

Solmaz Muradova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər