İqlim dəyişikliyi meşə yanğınlarının intensivliyini artırıb
İqlim dəyişikliyi son illərdə dünyanın ən ciddi problemlərindən birinə çevrilib. Temperaturun yüksəlməsi, yağıntıların azalması və uzunmüddətli quraqlıqlar meşə yanğınlarının həm sayını, həm də miqyasını artırır. Artıq yanğınlar təkcə təbiətə deyil, həm də insanların yaşayışına, sağlamlığına və iqtisadi fəaliyyətinə ciddi təhlükə yaradır. Bu mövzuda mütəxəssislərin fikirlərini öyrənmək məqsədilə müsahibə təşkil olunub.
Bu barədə ekoloq Amin Məmmədov "İnformator.az"a açıqlamasında bildirib ki, yanğınların bir çox səbəbləri ola bilər:
"Meşə yanğınlarının qarşısının alınması bir çox ölkələrdə problemli məsələlərdən biridir. Bir çox faktorlardan asılı ola bilər, təbii yanğınlar ola bilər və həmçinin insan səhvi nəticəsində də ola bilər. Bunun qarşısının alınması üçün də daim nəzarət olunmalıdır. İnsanları həmçinin bu mövzu haqqında xəbərdarlıqlar edilməlidir. Bu həmçinin ekosistemə mənfi təsir edir, çünki yanmış meşə ərazisinin bərpası uzun illər tələb edir. Biomüxtəlifliyə həmçinin mənfi təsirləri çoxdur ki, adı qırmızı kitabın siyahısında olan, nəslikəsilən heyvanların da, ağaclarında məhv olmasına səbəb olur".
Arzu Poladova
