00:00:00
Yazar
Admin User
30.11.2025 16:12 300 2 dəq oxuma
Siyasət

“İqtisadiyyatın davamlı inkişafı üçün dəhlizlərlə bağlı problemlər həll edilməlidir”

“İqtisadiyyatın davamlı inkişafı üçün dəhlizlərlə bağlı problemlər həll edilməlidir”

Azərbaycan coğrafi mövqeyinə görə Şərq və Qərbin kəsişdiyi strateji ərazidə yerləşir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə regionda qeyri-stabil vəziyyət yaranıb. Geosiyasi maraqları uzlaşdırmaq və Cənubi Qafqazda davamlı stabillik yaratmaq üçün Azərbaycan öz ərazilərini Ermənistanın işğalçı qüvvələrindən azad etməli idi. 44 günlük Vətən Müharibəsindən sonra isə ölkəmiz bölgədə yeni bir siyasi vəziyyət yaradıb.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, artıq Azərbaycan regional maraqları deyil, qlobal müstəvidə maraqları uzlaşdıran bir dövlətdir:

 

“Cənab Prezident İlham Əliyevin yeritdiyi balanslaşdırıcı siyasət məhz buna dəlalət edir. Azərbaycan həm Orta Dəhlizin işlək vəziyyətə gətirilməsində həm də, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eyni zamanda Şimal-Cənub dəhlizinin fəaliyyətinə Azərbaycan birbaşa bağlıdır. Bu dəhlizin işlək vəziyyətə gətirilməsində Rusiya, İran və Türkiyə də maraqlıdır. Qlobal iqtisadi və siyasi maraqları uzlaşdırmaq üçün regionda stabillik təmin olunmalıdır. Orta Asiya, Çin, Hindistan və digər Uzaq Şərq ölkələrindən Avropaya gedən yüklərin Azərbaycan üzərindən Orta Dəhliz marşrutu ilə daşınması iqtisadi baxımdan hava və dəniz yolu ilə daşınmaya nisbətən daha sərfəlidir. İqtisadiyyatı balanslaşdıranlardan əsas amillərdən biri nəqliyyat infrasturukturu, xüsusilə də, dəmiryol nəqliyyatıdır. Dəmiryolu iqtisadi inkişafın mühüm dayağıdır və bu baxımından istər Orta Dəhliz, istər Zəngəzur, istərsə də Şimal-Cənub dəhlizləri də dəmiryolu vasitəsi ilə həyata keçiriləcək layihələrdir. Azərbaycan bu məsələdə lokomotiv rolunu oynuyur. İqtisadiyyatın davamlı inkişafı üçün dəhlizlərlə bağlı problemlər həll edilməlidir”.


Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər