00:00:00
Yazar
Banuçiçək Məmmədova
25.02.2026 16:24 10 2 dəq oxuma
Siyasət

İrəvan Moskvanın təsirinə qarşı Brüsseldən dəstək istəyir-Yeni geosiyasi mərhələ?

İrəvan Moskvanın təsirinə qarşı Brüsseldən dəstək istəyir-Yeni geosiyasi mərhələ?

Ermənistanın Rusiyanın təsirinə qarşı mübarizə aparmaq üçün Avropa İttifaqı-na müraciət etdiyi bildirilir. Erməni KİV-lərinin yaydığı məlumata görə, İrəvan Brüsseldən “sürətli hibrid reaksiya qrupu”nun göndərilməsini xahiş edib. Bu addım regionda dəyişən siyasi balans və Ermənistanın xarici siyasət kursunda mümkün dönüş kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Ermənistanın bu istəyi, ilk növbədə, İrəvanın təhlükəsizlik arxitekturasında ciddi boşluq hiss etməsi ilə bağlıdır:

 

“Son illərdə Rusiya ilə münasibətlərdə yaranan gərginlik, KTMT çərçivəsində gözləntilərin doğrulmaması və Rəsmi Moskvanın regiondakı prioritetlərinin dəyişməsi Ermənistan rəhbərliyini alternativ dayaqlar axtarmağa vadar edir. Bu kontekstdə Brüsselə müraciət həm təhlükəsizlik təminatı, həm də siyasi siqnal xarakteri daşıyır.
İrəvanın bu addımı eyni zamanda daxili siyasi auditoriyaya ünvanlanan mesajdır. Hakimiyyət göstərmək istəyir ki, ölkə şimaldan asılılıq modelindən çıxmağa çalışır və qərbyönlü xətti gücləndirmək niyyətindədir. “Sürətli hibrid reaksiya qrupu” anlayışı hərbi kontingent demək deyil. Bu cür mexanizmlər adətən kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə, sərhəd monitorinqi kimi funksiyaları əhatə edir. Yəni söhbət birbaşa hərbi müdaxilədən yox, hibrid təhdidlərə qarşı texniki və ekspert dəstəyindən gedə bilər. Ermənistanın açıq şəkildə Brüsseldən təhlükəsizlik komponenti istəməsi Rusiya tərəfindən rəqabət addımı kimi də qəbul oluna bilər. Bu isə iqtisadi rıçaqlar, enerji asılılığı və miqrasiya kanalları vasitəsilə təzyiq ehtimalını artırır. Bu müraciət Ermənistanın xarici siyasətində dönüş nöqtəsi kimi görünə bilər, lakin prosesin uğuru balansın necə qurulacağından asılıdır. Rəsmi İrəvan Qərblə yaxınlaşmanı sürətləndirərkən, eyni zamanda Rusiya ilə kəskin ayrılıqdan hələ ki yayınmağa da çalışacaq”.

 

Banuçiçək Məmmədova

#yeni #baki #istəyir-yeni #geosiyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər