İrəvanda sülh gündəliyi: Rubinyan və Qrono nəyi müzakirə etdilər?
İrəvanda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono arasında görüş keçirilib.
"İnformator.az" Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin gedişatı, eləcə də nəqliyyat və logistika imkanları ətrafında fikir mübadiləsi aparılıb.