00:00:00
Yazar
Admin User
05.01.2026 16:33 76 2 dəq oxuma
Siyasət

İran 400 kiloqram zənginləşdirilmiş uranı təhvil verməlidir

İran 400 kiloqram zənginləşdirilmiş uranı təhvil verməlidir

İsrailin Baş naziri Benyamin Netanyahu İranın 400 kiloqram zənginləşdirilmiş uran ehtiyatının ya təslim edilməli, ya da İranın əlindən götürülməli olduğunu və bütün nüvə obyektlərinə ciddi və effektiv nəzarətin təmin edilməsini tələb edib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a bildirib ki, İsrail üçün əsas problem İranın nüvə proqramıdır. Onun sözlərinə görə, bu məsələ paralel şəkildə İranda rejim dəyişikliyi mövzusunu da aktuallaşdırır:

 

“Açıq şəkildə görünür ki, bu proseslər eyni zamanda İranda rejim dəyişikliyi məsələsini gündəmə gətirir. İsrailin əsas niyyəti də məhz budur. Benyamin Netanyahunun Pəhləvi ilə tez-tez görüşlər keçirməsi təsadüfi deyil - bu addımların arxasında İranda rejim dəyişikliyinə yönəlik məqsəd dayanır. İsrail hökuməti davamlı şəkildə İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edir. Bu proses müəyyən mərhələdə yekunlaşa bilər. Yaxın gələcəkdə problemlərin daha açıq şəkildə qabardılması da istisna deyil”.

 

Zeynal Əmrəliyev mümkün hərbi əməliyyatların risklərinə də diqqət çəkib:

 

“Əgər ciddi narazılıq yaranarsa, İsrail və ABŞ-nin yaxın müddətdə İrana qarşı hücumlarının şahidi ola bilərik. Bu hücumların sürətləndirilməsinin bir neçə səbəbi var - İran daxilində toqquşmaların kəskinləşməsi və daha sürətli əməliyyatların həyata keçirilməsi imkanı. Artıq İran daxilində iğtişaşlar baş verib və bu, prosesi sürətləndirə bilər. İranda ciddi iqtisadi çətinliklər var və bu problemlər getdikcə daha qabarıq görünür. Uranın zənginləşdirilməsi məsələsi İranın beynəlxalq siyasətinə birbaşa təsir edir və Tehranla Qərb dövlətləri arasında münaqişələrin əsas səbəblərindən biridir”.

 

Politoloqun fikrincə, mövcud proseslər ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyatları mərhələli şəkildə davam etdirə biləcəyini göstərir.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər