00:00:00
Yazar
Ayşən Səlimova
27.02.2026 19:32 25 2 dəq oxuma
Dünya Özəl

İran-ABŞ danışıqları başa çatıb

İran-ABŞ danışıqları başa çatıb

Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başa çatıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Cenevrədə İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundunun başa çatması Yaxın Şərq siyasətində həssas bir mərhələyə təsadüf edir: 

 

“Bu proses əslində təkcə iki ölkə arasındakı texniki nüvə mübahisəsi deyil, regionda təhlükəsizlik arxitekturasının gələcək modelinin müəyyənləşməsi deməkdir. Əgər tərəflər müəyyən kompromis formulu tapa bilsələr, bu, gərginliyin idarəolunan çərçivədə saxlanmasına təsir göstərə bilər. Əks halda isə qarşılıqlı təzyiq siyasəti daha sərt mərhələyə keçə bilər. Əgər razılaşma əldə olunarsa, bu enerji bazarlarında sabitləşmə, neft qiymətlərində dalğalanmanın azalması və region ölkələrinin iqtisadi vəziyyətində daha proqnozlaşdırılan mühit formalaşdıra bilər. Danışıqlar prosesində Avropa Birliyinin rolu isə vasitəçi və balanslaşdırıcı aktor kimi əhəmiyyətlidir. Avropa üçün İran məsələsi yalnız təhlükəsizlik deyil, həm də enerji təhlükəsizliyi və miqrasiya riskləri ilə bağlıdır. Buna görə də onlar üçün əsas prioritet hərbi eskalasiyanın qarşısını almaq və diplomatik kanalları açıq saxlamaqdır. Nüvə razılaşmasının əldə olunmaması isə bir neçə ciddi risk yarada bilər. Birincisi, İranın uranı daha yüksək səviyyədə zənginləşdirməsi ehtimalı artır ki, bu da İsrail və ABŞ vasitəsilə preventiv hərbi zərbə ssenarilərini gündəmə gətirə bilər. İkincisi, regionda silahlanma yarışı sürətlənə bilər. Xüsusilə, Səudiyyə Ərəbistan kimi ölkələr alternativ təhlükəsizlik modellərinə yönələ bilər. Üçüncüsü, Hörmüz boğazı ətrafında hərbi gərginlik qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Cenevrə danışıqlarının nəticəsi Yaxın Şərqin gələcək onillik təhlükəsizlik balansını müəyyənləşdirəcək əsas faktorlardan biridir. Bu baxımdan proses yalnız İran və ABŞ üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün strateji əhəmiyyət daşıyır”. 

 

Aytac İbrahimova

#yeni #danışıqları #azərbaycan #çatıb #başa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər