00:00:00
Yazar
Ayşən Səlimova
25.03.2026 20:33 20 3 dəq oxuma
Dünya

İran ABŞ ilə danışıqlara gedir? - Rəsmi Tehran bəyan edib

İran ABŞ ilə danışıqlara gedir? - Rəsmi Tehran bəyan edib

Qeyd edilib ki, diplomatik qurumlar, hökumət və ya silahlı qüvvələr vasitəsilə atəşkəslə bağlı heç bir danışıqlar və ya təklif olmayıb. Xatırladaq ki, bir müddət əvvəl İsrailin "Ynet" xəbər agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətində İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin danışıqlar aparmaq üçün razılığını çatdırdığını bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın İranla danışıqlar aparılması barədə səsləndirdiyi fikirlər İran vasitəsilə qəti şəkildə təkzib olunub:

 

“Əksər analitiklər Ağ Ev rəhbərinin bu fikirləri daha çox dünya bazarında yaranmış həyacanı və daxili etirazları səngitmək xarakteri daşıdığı qənaətinə gəlib. Hadisələrin gedişatı isə müharibənin yeni fazasına qədəm qoyduğunu göstərir. Belə ki, Pentaqon məhdud quru əməliyyatlarının keçirilməsi üçün hava desant qüvvələri göndərməklə strateji Hörmüz boğazına və Xark adasına nəzarəti ələ almağı hədəfləyir. Əgər belə bir addım gerçəkləşərsə, bu müharibəni daha da alovlandıracaq və ola bilsin ki, qlobal təhdidləri daha da artırsın. Çünki Hörmüz boğazına nəzarət ABŞ-nin dünya iqtisadiyyatını idarə etmək imkanı yaradır. Donald Trampın da məqsədi əslində budur. Venesuela prezidentinin oğurlanmasından sonra dünya enerji bazarının və ehtiyatlarının 68 faizinə yiyələndiyini deyən Donald Tramp, İranın kapitulyasiyasından sonra bu, təxminən 80 faizdən artıq ehtiyata nəzarət deməkdir. ABŞ-nin potensial rəqibləri, xüsusən də Çin, özü hətta iqtisadi asılılıq düşmə ehtimalı ilə üzləşir. Ona görə də ABŞ-nin İranla danışıqlar barədə bəyanatı taktiki gedişdir, niyyət və olanlar tamam bunun əksinədir. Tehranın da belə bir niyyəti yoxdur. Məsələ təkcə onda deyil ki, hələ müqavimət göstərmək qabiliyyətləri az-çox qalır. İran ABŞ-yə inanmır. Ötən ilin yayında 12 günlük müharibə ərəfəsində ABŞ-İran danışıqları gedib. Ancaq qəfil İrana hava hücumları edilib. Eyni ssenari 28 fevralda da təkrarlanıb. Danışıqlar prosesinin ortasında ABŞ-İran koalisiyası prosesi pozulub. Halbuki hər iki tərəf pozitiv açıqlamalar verməkdə idi. Digər tərəfdən Donald Trampın nə Ukrayna-Rusiya müharibəsinin dayandırılması, nə İsrail-Fələstin müharibəsinin dayandırılması ilə bağlı təqdim etdiyi sülh planlarının heç biri uğur qazanıb. İrana təklif olunan planın müsbət sonuclanacağına ciddi şübhələr qalmaqdadır. Məncə diplomatik kanallar qapadılmamalı, müharibənin miqyasının böyüməsinin qarşısının alınması üçün ilk növbədə qarşılıqlı hücumlar dayandırılmalıdır. ABŞ-nin Hörmüzə əlavə qüvvələr göndərməsi eskalasiyanı şiddətləndirən addım olacaq. Nəzərə almaq lazımdır ki, Çin sürətlə inkişaf edən iqtisadiyyatını ABŞ-nin diktəsinə bağlanmasını istəməz. Həmçinin Rusiya da bir addımlığında ABŞ kimi qlobal gücün real təhdidlərinə seyrçi qalmaz. Faktiki olaraq bu müharibədə daha çox qazanan tərəf Rusiyadır. Qlobal nizamın yenidən şəkilləndirilməsi baxımından da İran müharibəsi həlledici rol oynayır. Ona görə də beynəlxalq oyunçular bu müharibənin taleyini şərtləndirdiyindən bölgəyə fokuslanıb. Müharibə təkcə İran-ABŞ-İsrail koalisiyası arasında getmir”.

 

Cavahir Əsgərbəyli

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər